“Təmas” MMC şirkəti Azərbaycanda 2009-cu ildən bəri Kofe və Snack ticarət avadanlıqlarının idxalı və satışı ilə məşğuldur. Artıq uzun illərdir ki, şirkət İtalyanın qabaqda gələn istehsalçı şirkətləri ilə əməkdaşlıq edir. Satılan bütün məhsulların zəmanəti mövcuddur və satışdan sonrakı servis xidmətləri həyata keçirilir. Təklif olunan ticarət avtomatları bir çox üstünlüklərə malikdir, bu üstünlüklərdən ən əsası, avadanlıqlar və orijinal mikser markalarının yardımı ilə dadlı və yüksək keyfiyyətli içkilərin hazırlanması, həmçinin yüksək soyuducu sistemə malik snack aparatlarının mövcudluğudur. İtaliya istehsalı olan ticarət avtomatları etibarlılıq, çox funksionallılıq, sadə və asan istifadə qaydası, müasir görünüş və rəng dizaynı, kobud davranışa dözümlülük kimi bir çox xüsusiyyətlər ilə istifadəçilərin xidmətindədir.